Yığmamızın baş məşqçisi Mxitaryanı təriflədi

14 Yanvar 2021 11:56

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Ermənistan yığmasının futbolçusu Henrik Mxitaryanı tərifləyib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İtaliyada TMW radiosuna açıqlamasında "Atalanta"nın yarımmüdafiəçisi Alexandro Qomesin keçə biləcəyi komandaları dəyərləndirən təcrübəli mütəxəssis "Roma"nın pleymeykerini xüsusi fərqləndirib.

Vətən müharibəsi dönəmində Azərbaycan mətbuatına açıqlaması zamanı Ordumuza dəstək nümayiş etdirən de Byazinin budəfəki fikirləri başadüşülən deyil.

Hər halda, bir neçə klubdakı pleymeykerin adını çəkən çalışdırıcı Mxitaryana çatanda onun barəsində geniş tərif deyib: "Qomesi harada görəcəyimi bilmirəm. Bu, asan deyil. Məsələn, "Roma"da Mxitaryan var, hansı ki, həmin rolu oynayır. "Yuventus"da bu mövqedə futbolçu çoxdur, "Napoli"də isə İnsinyeni görürəm. "Roma"dakı Mxitaryan qollar vurur, hər kəslə yaxşı münasibətdədir. Təbii ki, buna əlavə olaraq Qomesə sahib olmaq əlavə bir silahdır. Ancaq düşünürəm ki, "Atalanta" oyunçusunu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apardığı əsas rəqibinə satmayacaq".

Milli.Az