"Getdim ki, kafedə qabyuyan işləyim, götürmədilər" - İlahə Fəda - VİDEO

14 Yanvar 2021 11:34

ARB TV-nin "Elgizlə İzlə" verilişində ifaçı İlahə Fəda qonaq olub.

Milli.Az bildirir ki, maddi sıxıntı çəkən sənətçi kafelərin birinə qabyuyan kimi müraciət etdiyini etiraf edib:

"Bir neçə ay öncə kafelərin birinin qapısının üzərində "qabyuyan tələb olunur" elanını gördüm. Gedib müracət etdim, məni işə götürmədilər. Elə bildilər ələ salıram onları. Sonra televizorda başqa bir işlə bağlı elan gördüm. Ora da müraciət etdim. İki diplomum var. Dedim heç olmasa burada işə götürərlər. Orada da məni işə götürmədilər".

Milli.Az