Trampın daha bir sosial şəbəkə hesabı bağlandı

14 Yanvar 2021 11:29

ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri hadisələrin cavabdehi olduğu hesab edilən ölkə Prezidenti Donald Trampın hesablarını bloklamağa davam edir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, "Snapchat" sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib.

Şirkətdən verilən yazılı açıqlamada ABŞ başçısının hesabının araşdırıldığı qeyd edilir: "İctimai təhlükəsizliklə əlaqədar yalan məlumatların, nifrət doğuran ifadələrin və şiddətə təhrik edilmənin qarşısını almaq üçün Trampın hesabını həmişəlik bağlamağa qərar verdik".

Milli.Az