Çində son 8 ayda ilk dəfə “COVID-19”dan ölüm qeydə alındı

14 Yanvar 2021 10:01

Yanvarın 13-də Çində koronavirusdan ölüm qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin saytında deyilir.

"Son sutkada 138 yeni yoluxma, bir ölüm halı qeydə alınıb", - mətndə qeyd olunub. Qurumun statistikasına əsasən, Çində 2020-ci il mayın 16-dan koronavirusdan ölüm halı olmamışdı.  

Ümumilikdə ölkədə 87 844 nəfər koronavirusa yoluxub, 4 635 nəfər bu virusdan dünyasını dəyişib, 82 324 nəfər isə sağalıb. Ölkədə 885 aktiv koronavirus xəstəsi var ki, onlardan da 24-nün vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az