"Səbail"dən ayrılan futbolçu İsveç klubunda

14 Yanvar 2021 08:28

Bu ay "Səbail"dən ayrılan  Baxtiyar Rahmaninin yeni klubu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, iranlı yarımmüdafiəçi İsveçin aşağı liqa təmsilçisi "Dalkurd"a keçib. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən ilin noyabrından "Səbail"də çıxış edən Rahmaninin qarşılıqlı razılaşma əsasında bu yay başa çatacaq müqaviləsinə vaxtından əvvəl xitam verilmişdi.

Milli.Az