Smartfon satışları dünya üzrə 8,8 faiz azalıb

14 Yanvar 2021 08:23

Qlobal smartfon tədarükünün həcmi 2020-ci ildə 8.8 faiz azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, satışların azalması koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranla əlaqələndirilir.

Ən böyük eniş keçən ilin birinci yarısında qeydə alınıb, lakin ilin sonunda temp yavaşlayıb.

5G smartfonların satışları daha çox dəstəklənib. Ən çox bu cihazlardan "Samsung" sata bilib. İkinci "Apple", üçüncü yerdə isə "Huawei" qərarlaşıb.

Milli.Az