Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

14 Yanvar 2021 08:13

Böyük Britaniyanın tibb xidmətləri tərəfindən koronavirusa yoluxanlar arasında sutka ərzində ölüm sayında yeni rekord qeydə alınıb - 1564 hadisə.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı son sutkada 47 525 olmaqla 3,21 milyonu ötüb.

Bildirilir ki, koronavirusdan sutka ərzində ölüm sayına görə öncəki rekord yanvarın 8-də olub - 1 243 hadisə. Ölkədə sözügedən xəstəlikdən ölənlərin ümümi sayı 84 767-ə yüksəlib.

Milli.Az