"Barselona" penaltilərlə finalda - VİDEO

14 Yanvar 2021 08:03

"Barcelona" İspaniya Superkubokunun yarımfinalında "Real Sosyedad"ı penaltilər seriyasında məğlub etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

"Barselona" tərəfdən qolu Frenki de Yonq (39-cu dəqiqə), rəqib tərəfdən isə Mikel Oyarsabal (51, penalti) vurublar. Penaltilər seriyasında "Barselona" 3:2 hesabı ilə daha güclü olub.

Finalda "Barselona" 14 yanvar tarixində keçiriləcək "Real" (Madrid) və "Atletik" (Bilbao) matçının qalibi ilə oynayacaq. Matç 17 yanvarda baş tutacaq.

İspaniya Superkubokunun hazırkı qalibi "Real" klubudur.

13 yanvar
 
"Real Sosyedad" - "Barselona" - 1:1 (penaltilər seriyası - 2:3)
Qollar:
 Oyarzabal, 51-pen - De Yonq, 39
 
14 yanvar
 
00:00. "Real" - "Atletik"

Milli.Az