"İnstagram"ın işində problemlər yaranıb

14 Yanvar 2021 07:55

"İnstagram" sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Downdetector servisinin saytında bildirilib.

Ən çox şikayət ABŞ, Böyük Britaniya, Polşa, Kanada və Almaniyadan gəlir.

Məlumata əsasən, istifadəçilərin əksəriyyəti sosial şəbəkə saytında nasazlıqlarla üzləşib (45 faiz), digər problem xəbər lentinə baxarkən yaşanır (təxminən 40 faiz), 14 faiz istifadəçi isə hekayələrə baxmaqda çətinliklərdən şikayətlənir.

Milli.Az