Azərbaycanın əməkdar artisti koronavirusdan VƏFAT ETDİ - FOTO

13 Yanvar 2021 21:54

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Bu barədə Milli.Az-a Akademik Opera və Balet Teatrından bildirilib.

İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub.

İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.

2009-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Milli.Az