Türkiyənin səhiyyə naziri canlı yayımda peyvənd edildi

13 Yanvar 2021 21:00

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, F.Qocadan sonra Türkiyə Səhiyyə Nazirliyinin nəzdində COVID-19-la mübarizəyə qarşı yaradılan Elm Qurumu üzvlərinə də peyvənd edilib.

Nazir deyib ki, insanların normal həyata qayıtması üçün hər kəsin peyvənd olunması vacibdir.

Milli.Az