Alimlər ilan zəhəri ilə koronavirusa yoluxmanın qarşısını aldılar

13 Yanvar 2021 19:04

Rusiyalı alimlər gürzə və digər ilanların zəhərindən istifadə edərək yeni növ koronavirusa yoluxmanın qarşısı alınıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki,  Rusiya Elmlər Akademiyası Kimya İnstitutunun laboratoriya müdiri Yuri Utkinin rəhbərlik etdiyi rus alimləri ilan zəhəri ilə yeni növ koronavirusa yoluxmanın qarşısını alıblar. Bunun üçün tədqiqatçılar bir neçə növ gürzənin zəhərindən "PLA2" molekullarını çıxarıb, quruluşlarını analiz ediblər.

Aparılan araşdırmalar nəticəsində ilan zəhərinin bütün formalarının bu və ya digər şəkildə hüceyrə tərkibindəki virusun çoxalmasının qarşısını alması məlum olub.

Milli.Az