Bayden Samanta Paueri USAID rəhbərliyinə namizəd göstərdi

13 Yanvar 2021 16:42

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden, ölkənin Birləşmiş Millətlər Təşkilatındakı keçmiş daimi nümayəndəsi Samanta Paueri Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyinə namizəd göstərdi.

Milli.Az nbcnews.com-a istinadən bildirir ki, Bayden Paueri "vicdanın və mənəvi saflığın dünyada tanınan səsi" adlandırır.

"COVID-19 pandemiyasına qarşı tərəfdaşlarımızla birlikdə çalışacaq, əhalinin sosial cəhətdən həssas qruplarını ilhamlandırıb, hər insanın dəyəri üçün mübarizə apararaq Amerika ideallarını və maraqlarını dünyaya tanıdacağıq".

Samanta Pauerin namizədliyinin Senat tərəfindən təsdiqlənəcəyi gözlənilir.

2017-ci ildə ABŞ Senatı Nikki Haleyi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olaraq təsdiqlədi və bu vəzifədə Samanta Paueri əvəz edib.

Mahir
Milli.Az