"İndi adi adamlar pul qazanır, tanınmışlar yox"

13 Yanvar 2021 19:34

Xalq artisti Brilliant Dadaşovanın "Pulsuzluq məni əldən salıb" sözləri ötən gündən sosial şəbəkədə müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Xatun Əliyeva Dadaşova ilə bağlı paylaşım edib. O bildirib ki, pandemiyada ən çox maddi sıxıntı çəkən elə ifaçılar olub:

"Ele bir zamanədəyik ki, əslində heç qınanılası deyil... Bu vaxtda adi adamların pul qazanmağı az da olsa  mümkündür. Amma tanınmış simalar hər işə əl ata bilmirlər".

Milli.Az