Əli Həsənovun ailəsinə məxsus altı şirkət ləğv olunur

13 Yanvar 2021 14:07

"Bakı 24", "Kaspi AZ", "Mətbuat Evi", "Golden Prince", "Global Advertisment" MMC-lər, eləcə də "Kaspi Co" MTK ləğv olunduğunu elan edib.

Milli.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti yayıb.

Kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Milli.Az