Bakıda daha bir küçə təmirə bağlanır

13 Yanvar 2021 15:44

Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Milli.Az