Gürcüstanda koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edilib

13 Yanvar 2021 15:34

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının üçüncü dalğasının fevral ayının ikinci yarısında başlayacağı gözlənilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

O qeyd edib ki, üçüncü dalğa ilə mübarizədə dünya təcrübəsindən istifadə ediləcək və yoluxmanın minimuma endirilməsi istiqamətində iş aparılacaq.

Milli.Az