2021-ci ilin ilk Samsung Galaxy Unpacked mərasimindən nə gözləməli?

13 Yanvar 2021 14:00

Son bir ildə çox dəyişikliklər baş vermişdir, ətrafımızda dəyişən dünyada bizim də şəxsi məkana və işə olan baxışımız dəyişmişdir. Bu səbəbdən günümüzdə, həyatımızın digər tərəflərini nəzərə alaraq, ofis xaricində işləməyə kömək edə biləcək texnologiyalar daha da tələb olunandır. Belə ki, yeni reallıq gündəlik həyatı dəyişdirən innovasiyalara ehtiyac duyur. Bir çox istehsalçı kimi Samsung da, 2020-ci ili universal məhsullar yaratmağa həsr etmişdir və yeni ilin əvvəlində bu yolu davam etdirərək, bizi tamamilə yeni cihazlarla tanış etməyi düşünür. Beləliklə, bu həftə Samsung-un bir neçə yeni məhsulunu təqdim edəcəyi Galaxy Unpacked tədbiri baş tutacaqdır. Anons 14 Yanvar tarixində nəzərdə tutulumuşdur ki, bu barədə şirkət rəsmi olaraq öz YouTube kanalında və Samsung şirkətinin saytında, video paylaşaraq elan etmişdir. Qeyd edək ki, bu il Galaxy Unpacked mərasimi virtual formatda keçiriləcək. Təqdimat şirkətin rəsmi saytında və Samsung-un YouTube kanalında canlı yayımlanacaqdır.

Tədbirin "Welcome to Everyday Epic", şüarı altında keçiriləcəyi gözlənilir. Dünya şöhrətli şirkət isə bu şüarı əsas tutaraq, gündəlik həyatımızı daha da epik edəcək yeni təcrübələr haqqında daha çox məlumat əldə etmək üçün hər birimizi mərasimdə iştirak etməyə dəvət edir. Artıq məlumdur ki, yeni Galaxy cihazlarını tanıtması  üçün nəzərdə tutulan "Make Your Everyday Epic" adlanan qlobal marketinq strategiyası çərçivəsində, Samsung 2021-ci ildə də BTS ilə əməkdaşlığa davam edəcək. Bu haqda şirkət öz rəsmi saytında bəyan edib. Məqalədə bildirilir ki, K-POP mədəniyyətinin ən görkəmli nümayəndələri ilə əməkdaşlığın əsas məqsədi Galaxy istifadəçiləri üçün ən yaxşı mobil təcrübənin təmin olumasıdır.

Əlavə olaraq, şirkətin rəsmi sosial şəbəkə səhifələrində tədbirə həsr edilmiş xüsusi yarışma da təşkil edilir. Beləliklə, Samsung Azerbaijan sözü gedən mərasimi Facebook səhifəsində canlı izləyən hər kəsə hədiyyə qazanma şansı təqdim edir. Müsabiqənin bütün şərtləri ilə @samsungaze səhifəsində tanış ola bilərsiniz.