Düşmən daha 7 itkisini açıqladı

13 Yanvar 2021 12:04

Düşmən daha 7 itkisini açıqlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, müharibədə Azərbaycan ordusu tərəfindən məhv edilmiş və Ermənistanda indiyə qədər itkinlər siyahısında olan 7 erməni hərbi qulluqçusunun meyiti tapılıb. Meyitlər Qarabağ ərazisində tapılıb. Bu barədə separatçı qurumun nümayəndələri məlumat verib.

İtkin düşənlərin cəsədlərinin tapılması ilə müharibədə ölən erməni hərbçilərinin sayının artması istisna edilməyib.

Milli.Az