Neslihan Atagül xəstəlik səbəbindən sürətlə arıqlayır

13 Yanvar 2021 11:21

Türkiyənin məşhur aktrisası Neslihan Atagülün səhhətində problemlər yaranıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, gənc aktrisa bağırsaq sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə çəki atan Neslihan hətta çəkilişlərə də fasilə verib.

"Sefirin kızı" serialına çəkilən aktrisanın həkimdən 10 günlük icazə sənədi də yayılıb.

İsmayıl
Milli.Az