Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz - VİDEO

13 Yanvar 2021 11:59

Əsgər xəyal kərimov evinə qayıdarkən xoş bir o qədər də maraqlı sürprizlə qarşılaşıb. O evinə çatmamış elə küçədə nişanlanıb. Xəyalın anası deyir ki, bu addımı çoxdan planlıyırmış. Əsgərin nişanlısı məsələdən xəbərdar olduğu üçün mərasimə hazırlıqlı gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Vətən müharibəsindən qayıdan əsgərə valideynləri sürpriz ediblər. Əsgərimizi Sumqayıtda heç evinə çatmamış, elə küçədə nişanlayıblar.

Döyüşlərdə iştirak edən Xəyalın anası Zərifə Kərimova oğlunun qayıdan kimi nişanlanmasını əvvəlcədən planlaşdırırmış.

Əsgərimizin nişanlısı da mərasim üçün hazırlıqlı olub. Ananın bu surprizi Xəyal üçün də gözlənilməz olub.
Yoldan keçən insanlar da bu təşəbbüsü maraqla qarşılayıblar.

Milli.Az