Məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsinə başlanılır? - Rəsmi açıqlama

13 Yanvar 2021 09:56

Təhsil Nazirliyi yaxın zamanlarda ümumtəhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İctimiayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib:

"Bu qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu qərar mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla verilir. Hələ ki belə bir qərar verilməyib. Tədrisin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu barədə ilk növbədə Təhsil Nazirliyinin resurslarında məlumatlar paylaşılacaq".

Milli.Az