Braziliyada ötən sutka koronavirusdan 1 110 nəfər ölüb

13 Yanvar 2021 10:39

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 64 025 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 195 637 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 110 nəfər ölüb, ölənlərin ümumi sayı 204 690 nəfər təşkil edir.

Milli.Az