Bayden Obamanın adamını vəzifəyə gətirir

13 Yanvar 2021 10:49

ABŞ-ın yeni Prezidenti Co Bayden eks-prezident Barak Obama administrasiyasının aparıcı maliyyəçilərindən biri olmuş Heri Hensleri Qiymətli kağızlar və birjalar üzrə Federal Komissyanın rəhbəri vəzifəsinə gətirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, hələlik bu vəzifəyə təyinatla bağlı yekun qərar verilməyib. Hazırda sözügedən vəzifəni Tramp administrasiyandan olan Elad Roysman icra edir.

Qeyd edək ki, Heri Hensler 2020-ci ilin noyabrından Baydenin keçid komandasında təmsil olunur.

Milli.Az