Həkimindən Rəmişin səhhəti ilə bağlı açıqlama

13 Yanvar 2021 10:01

Xalq artisti Rafiq Hüseynovda (Rəmiş) qaraciyər transplantasiyası həyata keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə tanınmış gitara ifaçısının həkimi Nuru Bayramov məlumat verib.

Həkim "Elgizlə izlə" proqramına telefonla bağlanaraq bildirib ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb:

"Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada da vaxt itirməmək üçün hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək.

Qarına su yığılmağı qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik".

Milli.Az