Çində son sutkada 100-dən çox yoluxma

13 Yanvar 2021 10:24

Çində son sutka ərzində daha 115 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 706-ya çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82 288 xəstə sağalıb.

Ölkədə 784 aktiv koronavirus xəstəsi var ki, onlardan da 21-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az