La Liqa klubunda yeni baş məşqçi

13 Yanvar 2021 10:19

"Alaves"in yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Abelardo Fernandes təyin olunub. Onunla bu ilin yayına qədər müqavilə imzalanıb. Abelardo 2017-2019-cü illərdə də La Liqa təmsilçisini çalışdırıb.

Qeyd edə ki, "Alaves" baş məşqçisi Pablo Maçini istefaya göndərmişdi.

Milli.Az