Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq

13 Yanvar 2021 09:31

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.

Milli.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.

"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə  XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", Leyla Abdullayeva qeyd edib.

Milli.Az