Uraz meneceriylə eşq yaşayır - FOTO

13 Yanvar 2021 09:39

Hazırda "Sefirin kızı" serialında rol alan aktyor Uraz Kayqılaroğlunun yeni münasibətə başladığı iddia olunur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun gənc meneceri Qamze Okutucu ile sevgili olduğu deyilir.

Urazın Qamze ilə İnstaqramın hekayə bölməsində səmimi fotosunu paylaşması da dedi-qoduları daha da gücləndirib.

Qeyd edək ki, aktyor 5 il evli olduğu həyat yoldaşı Melis İşitendən 2019-cu ildə boşanıb. Cütlüyün bir qız övladı var.

Milli.Az