Qazaxıstanda koronavirusdan sağalanların sayı 150 min nəfəri ötüb

13 Yanvar 2021 09:59

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, , bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 164 477 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 150 427 nəfəri sağalıb, 2 349 nəfəri isə vəfat edib.

Milli.Az