ABŞ vitse-prezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina etdi

13 Yanvar 2021 09:54

ABŞ vitse-prezidenti Mayk Pens ölkə lideri Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq bəyanat Ağ Evin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda yer alıb.

Məktubda deyilir: "Hadisələrin belə inkişafının ölkəmizin mənafeyinə və ya konstitusiyamıza uyğun olduğunu hesab etmirəm".

Xatırladaq ki, N.Pelosi vitse-prezidenti Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün ölkə konstitusiyasının 25-ci düzəlişindən istifadə etməyə çağırmışdı.

Milli.Az