Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunun Azaflı kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az