“Media haqqında” yeni qanun hazırlanacaq

12 Yanvar 2021 23:02

"Media haqqında" yeni qanun hazırlanacaq.

Milli.Az bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanında əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına "Media haqqında" qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Milli.Az