Kanada koronavirusa qarşı əlavə 20 milyon doza "Pfizer" vaksini alacaq

12 Yanvar 2021 22:37

Kanada koronavirusa qarşı əlavə 20 milyon doza "Pfizer" şirkətinin vaksinini alacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kanadanın baş naziri Castin Trüdo jurnalistlərə açıqlamasında deyib.

C.Trüdo bildirib: "20 milyon doza daha çox koronavirus vaksini almaq üçün "Pfizer" ilə razılığa gəldik".

Onun sözlərinə görə, 20 milyon əlavə vaksini Kanada təxminən aprel-may aylarında alacaq və ümumilikdə, Kanadanın 2021-ci ildə fərqli istehsalçılardan 80 milyon doza COVID-19 vaksini alacağı gözlənilir.

Milli.Az