Zəfər Günü qeyri-iş günü olacaq - Qanun təsdiqləndi

12 Yanvar 2021 21:56

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanunun qəbulu Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Milli.Az