Şuşa fatehlərindən olan şəhid Afər Orucov - FOTO

12 Yanvar 2021 21:31

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Orucov Afər Yafət oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, A.Orucov 1996-cı ildə Quba rayonunun Aşağı Atuc kəndində doğulub.

O, noyabrın 7-si Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az