Fövqəladə Hallar Nazirliyinin 15 illik yubiley medalı təsis edilib

12 Yanvar 2021 20:13

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" yubiley medalı;".

Həmçinin, "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilir.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilir.

Milli.Az