Milli Məclisin komitə iclaslarının videokonfrans sistemi ilə keçirilməsi barədə qanun təsdiqləndi

12 Yanvar 2021 20:46

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

"Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.".

Milli.Az