Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib - FOTO

12 Yanvar 2021 19:28

Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Holdinqin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, iclasda 2021-ci il ərzində Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək 17 Portfel Şirkətlərin rəhbərləri ilə görüş keçirilib və Prezidentin İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanında şirkətlərə verilmiş tapşırığın icra vəziyyəti və digər cari məsələlər müzakirə edilib.

Milli.Az