Daha bir ölkə "Moderna" peyvəndini təsdiqlədi

12 Yanvar 2021 19:03

İsveçrə də COVİD-19 vaksini kimi ölkədə kütləvi peyvəndləmədə "Moderna" preparatından istifadəni təsdiqləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Federal İctimai Səhiyyə İdarəsindən bildirilib. Bu, İsveçrədə Pfizer/BioNTech-dən sonra ölkənin əsas dərman tənzimləyicisi olan Swissmedic institutu tərəfindən təsdiqlənən ikinci peyvənddir.

Konfederasiya "Moderna"dan 7,5 doza dərman alıb ki, onların da 18 yaşdan yuxarı şəxslərdə tətbiq edilməsi nəzərdə tutulub. İlk 200 min doza dərman yaxın vaxtlarda kantonlara göndəriləcək

Milli.Az