ABŞ-da COVID-19-dan ölənlərin sayı 376 mini ötüb

12 Yanvar 2021 18:16

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 204 652 yoluxma halı qeydə alınıb, 1731 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 22,6 milyondan çox yoluxma qeydə alınıb.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 376 mini ötüb.

Milli.Az