Bu il üzrə ipoteka kreditləri üçün limitlər ayrılıb

12 Yanvar 2021 18:05

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2021-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Fonddan Milli.Az-a bildirilib ki, limitlərin aktivləşdirilməsi yanvarın 14-ü saat 10:00-da başlayacaq.

Milli.Az