"Möcüzəyə ehtiyacım var"

12 Yanvar 2021 18:15

Artıq doğmalarım, dostlarım üçün çox darıxıram. Teatrımızın yenidən açılmasını səbirsizliklə gözləyirəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə yazıb. Aktrisa karantindən, teatrların olmamasından gileylənib:

"Özümüzü gözəgörünməz düşmən olan koronavirusdan qorumalıyıq. İnsanlar bizi sevindirir, həyacanlandırır, ağladır və güldürür. Hazırda hamımızın bir möcüzəyə ehtiyacımız var. Möcüzəni isə Allah yaradır. Bunun üçün dua edək".

Milli.Az