"Qarabağ"ın sabiq qapıçısı "Arsenal"ın hədəfində

12 Yanvar 2021 18:20

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Bornmut"da çıxış edəm Asmir Beqoviç "Arsenal"da oynaya bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi Bosniya və Herseqovina millisinin üzvü ilə maraqlanır. Klub 34 yaşlı qolkiperi ehtiyat qapıçı kimi əsas namizəd hesab edir.

Xatırladaq ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.

Milli.Az