Səmədov "Lokomotiv"ə qayıtdı

12 Yanvar 2021 18:13

Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov "Lokomotiv"ə qayıdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əslən azərbaycanlı sabiq futbolçu klubun gənclər üzrə futbolda seleksioner vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Səmədov 2005-2008 və 2012-2016-cı illərdə "Lokomotiv"də oynayıb. Ümumilikdə, klubda 215 matça çıxıb və 37 qol vurub. O, 2019-ci ilin yayında futbolçu karyerasını başa vurub.

Milli.Az