Millət vəkili: “Türkiyə hökumətinin “erməni açılımı” siyasəti fikaskoya uğradı”

26 Aprel 2010 17:15
Milli.Az xəbər portalı Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili Dəniz Bölükbaşı Türkiyə Böyük Millət Məclisinin iclasında deyib. O bildirib ki, Ermənistanla protokollar heç bir şərt irəli sürülmədən imzalanıb və üçüncü ölkələr sənədlərin qabaqcadan şərt qoymadan qəbul edilməsi üçün Türkiyəyə təzyiq göstərirlər.

Millət vəkili qeyd edib ki, ötən ilin payızında Sürixdə protokollar imzalandıqdan sonra Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib: "Sərhədləri tanımayan, Türk xalqını "soyqırım"da suçlayan işğalçı Ermənistanla protokol imzalanması səhvdir. AKP (Hakim Ədalət və İnkişaf Partiyası) hökuməti hələ də protokollardan imtina cəsarəti göstərməyib və "imzamıza sadiq qalacağıq" deyir".

Dəniz Bölükbaşı Türkiyənin Ermənistanla bağlı siyasəti ilə Azərbaycanı küsdürdüyünü və aparılan xarici siyasətin təsirli olmadığını da bəyan edib.

Milli.Az