Türkiyədə 43 nəfərin ölümünə səbəb olan terrorçu saxlanıldı - FOTO

12 Yanvar 2021 16:58

Türkiyədə daha bir İŞİD üzvü Azzo Halaf Süleyman El Aggal həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılan şəxs ifadəsində 2014-cü ildə İŞİD terror təşkilatına qoşulduğunu, silahlı və ideoloji təhsil aldığını, təlimin sonunda terror təşkilatından ayrılmayacaqlarına, əmrlərini sorğu-sual etmədən yerinə yetirəcəklərinə və Əbu Bəkr əl-Bağdadinin bütün müsəlmanların əmiri və xəlifəsi olduğuna and içdiyini bildirib.

Saxlanılan şəxsin 2016-cı ildə 10 Almaniya vətəndaşının həyatını itirdiyi kamikadze hücumu, 14 xarici vətəndaş olmaqla 16 şəxsin yaralandığı İstanbul-Sultanahmet Meydanında törədilən kamikadze hücumu və 2015-ci ildə yenə 33 şəxsin həlak olduğu, 86 şəxsin yaralandığı Şanlıurfa-Suruç kamikadze hücümlarında istifadə olunan partlayıcı maddələrin təminatçısı olduğu müəyyənləşdirilib.

Milli.Az