Mədən torpağının idarəçiliyi ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək

12 Yanvar 2021 17:40

Mədən torpağının idarəçiliyində yaranan problemlərin həlli üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi gözlənilir.

Milli.Az bildirir ki, bunu Trend-ə bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, bununla bağlı ekspertlər tərəfindən görüşlər də keçirilib: "Çox qısa zamanda təkliflər hökumətə təqdim ediləcək. Bu təkliflər özündə bir sıra yenilikləri və asanlaşmaları ehtiva edir".

Milli.Az