"Nikol, sən çobansan!"

12 Yanvar 2021 16:42

Milli.Az bildirir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyan Teleqram səhifəsində ölkənin baş naziri Nikol Paşinyan haqda bir neçə fikrini yazıb:

"1. Paşinyan bu səviyyəli danışıqlara tamamilə hazır deyil. Nə mental, nə zehni, nə də psixoloji. Əslində, bu, Moskvaya ilk dəfə gələn bir çobandır, çox mərtəbəli binalara baxanda papağı daim düşür.

2. Yalnız axmaq danışıqlardan bir gün əvvəl nə istədiyini və hansı nəticələrə ehtiyac duyduğunu Facebook-da yaza bilər. "Əsir məsələsəni həll edəcəyəm və sonra Ermənistan ərazisindən keçən yolla bağlı imza atacağam" yazdıqdan sonra o yalnız kartlarını açıqlamadı, həm də mövqeyi sərtləşdirmək üçün yolunu kəsdi.

Təbii ki, azərbaycanlılar onu fakt qarşısında qoydular və əsir məsələsi olmayacaqsa, mən imza atmayıb gedirəm deməyə baş nazirin cəsarəti, sadəcə, çatmadı.

3. İradəsiz "tryapka" kimi, istəksiz yerişlə və sönmüş gözlərlə danışıqlar masasına oturmaq olmaz.

4. Bəli, müzakirə masasında Putin kimi böyük insanlar var, amma onların da duyğuları və insani anlayışları var. Onların da övladı var. Budur "kozır" - əsirlər haqqında övladlarınız kimi danışın, mızıldanmayın. Putin, əlbəttə ki, başa düşüb kömək edəcəkdi.

5. Paşinyan əsir məsələsini həll etməyib, nəhayət, o, özü başa düşməlidir ki, bura onun yeri deyil. Onun deyil. "Mənim addımım"ı toplayın, qərarını ver, çıx get. Ölkəni belə biabır etmək olmaz. Əlbəttə ki, onu öz vətənin kimi hesab edirsənsə. Erməniləri utandırma.

6. "Ararat Hayat" otelinin işçilərinin dediyi kimi, Paşinyan axşam saatlarında 20 dəqiqəyə otelə girdi, paltarını dəyişdi və getdi. Nikol dəhşətli depressiyada idi, bu, prinsipcə başa düşüləndir. O, hər şeyi uduzdu. O başa düşür ki, bu ,artıq onun ölkəsi deyil, xalqı deyil. Nikol, ən azı bir cəsarətli addım atmaq lazımdır!"

Aslan Məmmədov
Milli.Az