Çin dünyanın ən böyük təyyarə daşıyan gəmisini inşa etməyə hazırlaşır

14 Yanvar 2021 23:20

KİV-də yayılan məlumatlara görə, Şanxayda 002 layihəli ilk Çin təyyarə daşıyan gəmisinin inşası başa çatmaqdadır. İndi gəmiqayırma zavodu dünyanın ən böyük təyyarə gəmiləri olan 003 tipli gəmilərin inşasına hazırlaşır. Artıq inşa edilmiş 002 tipli gəminin yerdəyişməsi 85 min tondur. Bu nəqliyyat vasitəsi performans baxımından Gerald Ford kimi Amerika təyyarə gəmiləri ilə müqayisə edilə bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən gəmi təhvil verildikdən sonra, zavod daha böyük tip 003 təyyarə gəmisini inşa etməyə hazırlaşır.

003 atom tipli nəqliyyat vasitəsinin 100 min tondan çox yerdəyişməsi olacaq. Gəmi Çin sahillərindən uzaqda qlobal tapşırıqların öhdəsindən gələcəkdir. Qeyd edək ki, Amerika təyyarə gəmilərinin yer dəyişdirməsi 90-98 min tondur. Tip 003-ün digər üstün cəhəti qanadın çox yönlü olmasıdır. Buraya həm J-15B ağır qırıcıları, həm də GJ-11 daşıyıcı bazalı hücum dronları yerləşə biləcək.

Milli.Az